Türkiyə mayın sonunda turizm mövsümünü açıq elan edə bilər

Türkiyə mayın sonunda turizm mövsümünü açıq elan edə bilər
  • Clock-gray 16:30
  • calendar-gray 04 May 2020

Türkiyə may ayında turizm mövsümünü açıq elan etməyi düşünür. İlk növbədə, koronavirusun olmaması haqqında sertifikat alan hotellərin və turizm bölgələrinin açılacağı gözlənilir.

APA-Economics”in “Vedomosti”yə istinadən verdiyi məlumata görə, hazırda çimərliklərdə şezlonqların sayı azaldılıb, restoranlarda masalar arasında məsafə artırılıb, qonaqlar isə hotellərdəki otaqların yalnız yarısına yerləşdiriləcək. Şərtlərdən biri də turistlər arasında məşhur olan açıq bufetin ləğv edilməsidir. İstisna deyil ki, onun əvəzinə qonaqlara kompleks menyu təklif olunacaq.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi may ayının ortalarından etibarən ölkədaxili turizmin inkişaf edəcəyini, ayın sonuna isə xarici turist axınını gözləyir.

Bununla yanaşı, “Tourism Economics” analitik agentliyi ölkədə beynəlxalq turizmin yalnız iyul ayında bərpa olunacağını proqnozlaşdırır. Agentliyin məlumatına görə, bu il beynəlxalq səfərlərin sayı 10,5%, bədbin ssenaridə isə 17,9% azalacaq.

Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca aprelin 26-da ölkədə epidemiyanın azalmağa doğru getdiyini bildirib. Mayın 3-nə olan məlumata əsasən, aşkar olunan yoluxma hallarının sayına görə Türkiyə dünyada 7-ci yerdən 8-ci yerə keçib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date