ÜTT Baş katibi: “Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək”

ÜTT Baş katibi: “Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək”
  • Clock-gray 16:59
  • calendar-gray 30 İyun 2020

“Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili “Kənd turizmi ili” və “Regional turizm ili” elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək. Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək”.

APA-nın məlumatına görə, bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, bu, ölkələrin regional turizmi inkişaf etdirmələri üçün yaxşı şans ola bilər: “Biz Sizinlə hökmən çox sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə görə çox sağ olun. Sizinlə söhbətimiz bizim üçün çox vacibdir. Ona görə ki, turizmin bütün ölkələrin iqtisadiyyatının ən mühüm amillərindən biri olmasını bütün dünya liderləri təsdiqləyiblər. Əlbəttə, Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Əminəm ki, Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq. Bizə vaxt ayırdığınıza və bu cür səmimi söhbətə görə Sizə bir daha təşəkkür etmək istərdim”.

 

apa-logo-mini

Digər xəbərlər