Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvarda 21%-dən çox artıb

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvarda 21%-dən çox artıb
  • Clock-gray 12:18
  • calendar-gray 14 Fevral 2020

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% artaraq 433,7 min nəfər çatıb.

Dövlət Statistika Komitəsində "APA-Economics"ə verilən məlumata görə, ölkə vətəndaşlarının 38,1% İrana, 29,9% Gürcüstana, 16,8% Rusiya Federasiyasına, 9,7% Türkiyəyə, 1,1% Ukraynaya, 1% Birləşmiş Ərəb Əmirliklərinə, 3,4% isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4% kişilər, 32,6% qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2%, Gürcüstana gedənlərin sayı 29,9 %, Türkiyəyə gedənlərin sayı 15,9% artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1% azalıb.

2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2% dəmir yolu və avtomobil, 15,2% hava, 0,6% isə su nəqliyyatından istifadə edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date