Azərbaycan sağlamlıq turizmi üzrə MDB-də ikinci olub - REYTİNQ

Azərbaycan sağlamlıq turizmi üzrə MDB-də ikinci olub - REYTİNQ
  • Clock-gray 13:09
  • calendar-gray 20 Noyabr 2019

Azərbaycan bu ilin payız mövsümündə sağlamlıq turizmi üzrə MDB məkanında ən populyar ölkələr sırasında ikinci olub.

"APA-Economics" Rusiyanın "Turstat" portalının yeni tərtib etdiyi reytinqinə istinadən verdiyi məlumata görə, reytinq payız tətilinin MDB ölkələrinin iqlim və balneoloji kurortlarında populyarlığının təhlilinə əsaslanır.

Qeyd edək ki, Belarusun Naroç gölü, Azərbaycanın Naftalan, Qazaxıstanın Burabaya, Ermənistanın Cermuk və Moldovanın Kalaraş kurortları 2019-cu ilin payızında MDB ölkələrində istirahət və sağlamlıq üçün ən yaşı məkanlar reytinqində ilk 5-yə daxil olub.

Digər xəbərlər

Arxiv

date