Ankara-Qars qatarında Xocalı sərgisi keçirilir

Ankara-Qars qatarında Xocalı sərgisi keçirilir
  • Clock-gray 23:34
  • calendar-gray 27 Fevral 2020

Bir neçə gündür, Ankarada Xocalı soyqırımının 28-ci ildönümülə bağlı silsilə tədbirlər keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Ankaranın dəmiryolu vağzalında sərnişinlərin də diqqətini çəkən "Qarabağda talan var, Xocalı soyqırımı" adlı tədbir təşkil olunub. 

Azərbaycanın Türkiyədəki səfirliyinin, Qazi Universitetinin təşəbbüsü və dəstəyi ilə reallaşan mərasimdə əvvəlcə Xocalı soyqırımı haqqında məlumat verilib, sonra Ankara-Qars ekspress qatarının bir vaqonunda təşkil edilən Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət sərgi nümayiş edilib. Daha sonra "Qara qatar səslənir!" layihəsində yer alan bu devizə uyğun olaraq  qatar Xocalı soyqırımını əlamətləndirən fit səsi verib. 

Səfir Xəzər İbrahim APA-ya bildirib ki, daha anlamlı və diqqətçəkən tədbirlər təşkil olunur ki, yaddaqalan olsun: “Ankara-Qars marşrutu üzrə gedən qatar hər bir dayanacaqda Xocalı soyqırımını andıracaq. Vali, bələdiyyə başqanlarının da dəstəyilə yerli əhali  bu sərgilər, informasiyalar vasitəsilə bilgiləndiriləcək. Eyni zamanda qatarın sərnişinləri də Xocalı soyqlrımı və Qarabağ həqiqətlərilə tanış olmaq imkanı əldə edəcəklər". 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date