Asiya Parlament Assambleyasının COVID-19-a həsr olunmuş onlayn konfransı keçirilib

Asiya Parlament Assambleyasının COVID-19-a həsr olunmuş onlayn konfransı keçirilib
  • Clock-gray 10:38
  • calendar-gray 10 İyul 2020

Bu gün Asiya Parlament Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş onlayn konfransı keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransın açılışında hazırda təşkilata sədrlik edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, İran İslam Şurası Məclisinin Sədri Məhəmməd Bakir Qalibaf, Türkiyənin Assambleyadakı nümayəndə heyətinin rəhbəri xanım Asuman Ərdoğan və üzv ölkələrin nümayəndə heyətlərin rəhbərləri çıxış ediblər.

Konfransda 20-dən çox ölkənin nümayəndə heyətin rəhbərləri fikir mübadiləsi aparılıb, qətnamə layihəsi müzakirə olunub və müəyyən təkliflər irəli sürülüb.

Baş katibi çıxışında bildirib ki, üç ölkə - Azərbaycan, Türkiyə və Küveytin təşkilatdakı nümayəndə heyətlərin rəhbərləri təşkilatın katibliyinə və üzv ölkələrə müraciət edərək belə bir onlayn konfransın çağırılmasına və COVID-19-la mübarizədə Asiya Parlament Assambleyasına üzv ölkələrin birgə səylərin gücləndirməsi ilə bağlı müzakirələrin vacibliyini bildiriblər. Tədbirin təşkili üçün hazırda təşkilata sədrlik edən Türkiyənin Assambleyadakı nümayəndə heyətinə və təşkilatın Katibliyinə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Q. Paşayeva deyib ki, COVID-19 pandemiyasına qarşı quruma üzv ölkələrdə davamlı mübarizə aparılması çox təqdirəlayiqdir.

Bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra bəyanatın geniş müzakirəsi olub, bir sıra təkliflər irəli sürülüb. Q.Paşayeva qəbul ediləcək bəyanatla bağlı təkliflərlə çıxış edib.

Firuzə Vahid

Digər xəbərlər