Elmar Məmmədyarov Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib
  • Clock-gray 17:39
  • calendar-gray 27 Fevral 2020

Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xaranı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahəsində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date