Elmar Məmmədyarov Latviya Seyminin sədri ilə görüşüb

 Elmar Məmmədyarov Latviya Seyminin sədri ilə görüşüb
  • Clock-gray 17:41
  • calendar-gray 13 Dekabr 2019

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin (parlament) sədri İnara Murniese ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Latviya parlamentləri arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Baltik ölkələri regional əməkdaşlıq formatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Azərbaycanın NATO ilə əməkdaşlığına diqqəti cəlb edən İnara Murniese, Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək əməliyyatına mühüm töhfə verdiyini məmnunluqla qeyd edib.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

Latviya Seyminin sədri "Şərq Tərəfdaşlığı" proqramı formatının Latviyanın xarici siyasət prioritetlərindən biri olduğunu və ölkəsinin Azərbaycanla bu çərçivədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date