Erik Rondolat: "Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək"

Erik Rondolat: "Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək"
  • Clock-gray 20:58
  • calendar-gray 22 May 2020

"Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək".

APA xəbər verir ki, bu sözləri “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat Azərbaycan Prezidenti İlham Əliyev, bu şirkətin MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirilmiş videokonfrans zamanı səsləndirib.

Erik Rondolat bildirib ki, hazırda qənaət göstəricisi minimum 50 faiz təşkil edir: "Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək verirsiniz. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date