Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək
  • Clock-gray 13:13
  • calendar-gray 19 Sentyabr 2020

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təxliyə olunacaq şəxslər sabah Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər. 

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. 

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.

Səid Babazadə

Digər xəbərlər