Gürcüstanın XİN başçısı: "Azərbaycan özünü vacib regional və qlobal oyunçu kimi təsdiqləyib"

Gürcüstanın XİN başçısı: "Azərbaycan özünü vacib regional və qlobal oyunçu kimi təsdiqləyib"
  • Clock-gray 17:33
  • calendar-gray 28 May 2020

Gürcüstan Azərbaycanı etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir.

APA xəbər verir ki, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarova 28 may Respublika Günü münasibəti ilə göndərdiyi təbrik məktubunda belə qeyd edib.

Bildirib ki, Azərbaycan qətiyyətli səyləri nəticəsində özünü vacib regional və qlobal oyunçu kimi təsdiqləyib.

XİN başçısı Gürcüstan və Azərbaycan arasında mükəmməl münasibətlərin və çoxşaxəli əməkdaşlığın davam edəcəyinə, strateji tərəfdaşlıq əlaqələrinin ikitərəfli, həmçinin regional və çoxtərəfli səviyyələrdə bütün təşəbbüslərin həyata keçirilməsində dərin rol oynayacağına, hər iki ölkənin və xalqlarının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

D. Zalkaliani vurğulayıb ki, tərəfdaşlığın möhkəmləndirilməsi və ölkələr arasında təmasların daha da intensivləşdirilməsi bölgədə sülhün, təhlükəsizliyin və səmərəli əməkdaşlığın təmin olunmasına xidmət edəcək.

Səid Babazadə

Digər xəbərlər