Kamboca Kralı Prezident İlham Əliyevə təbrik göndərib

Kamboca Kralı Prezident İlham Əliyevə təbrik göndərib
  • Clock-gray 14:34
  • calendar-gray 27 May 2020

Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: 

”Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, ölkənizin vətəndaşlarına firavanlıq arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir”.

 

apa-logo-mini

Digər xəbərlər