Lavrov: “Beynəlxalq təşkilatların Qarabağdakı humanitar problemlərin həllində fəal iştirakında maraqlıyıq”

Lavrov: “Beynəlxalq təşkilatların Qarabağdakı humanitar problemlərin həllində fəal iştirakında maraqlıyıq”
  • Clock-gray 18:48
  • calendar-gray 21 Noyabr 2020

Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin həll edilməsinə fəal cəlb olunmasında maraqlıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həll olunmasına Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq. Bundan sonra bu istiqamətdə birgə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər