Milli Məclisin deputatları Belarusda prezident seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatları Belarusda prezident seçkilərini müşahidə edəcək
  • Clock-gray 18:21
  • calendar-gray 04 Avqust 2020

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy veriləcək.

Səfər avqustun 11-də başa çatacaq.

Firuzə Vahid

Digər xəbərlər