Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəli həmkarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəli həmkarına başsağlığı verib
  • Clock-gray 23:16
  • calendar-gray 30 Oktyabr 2020

Milli Məclisin sədri Sahibə Qafarova bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa zəng edib. 

APA-nın məlumatına görə, parlamentin sədri bu barədə Twitter” hesabında paylaşım edib. 

Sədr telefon danışığı zamanı həmkarına zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı verib və qeyd edib ki, Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir.

 

Firuzə Vahid

Digər xəbərlər