Nazarbayev Azərbaycan Prezidentini Respublika Günü münasibəti ilə təbrik edib

Nazarbayev Azərbaycan Prezidentini Respublika Günü münasibəti ilə təbrik edib
  • Clock-gray 15:45
  • calendar-gray 22 May 2020

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqınızın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.

Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date