Ombudsman: "Ermənistan mülki insanların toplandığı yerə mərmi atmaqla Cenevrə konvensiyasını kobud şəkildə pozub"

Ombudsman: "Ermənistan mülki insanların toplandığı yerə mərmi atmaqla Cenevrə konvensiyasını kobud şəkildə pozub"
  • Clock-gray 10:30
  • calendar-gray 15 İyul 2020

“Ermənistan silahlı qüvvələri dünən Tovuzda hospital, mülki insanlar yerləşən tərəfə mərmi atıb. Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam etdirərək, Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub”.

APA-nın xəbərinə görə, bunu hazırda Tovuzda olan Ombudsman Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri hospitalların olduğu, mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır: “Biz buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.

Fuad Nazimoğlu

Digər xəbərlər