Prezident İlham Əliyev: "Bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"

Prezident İlham Əliyev: "Bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"
  • Clock-gray 22:12
  • calendar-gray 28 Fevral 2020

Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi. Bu təşəbbüs bizim qonşularımız Türkiyə və Gürcüstan tərəfindən dəstəklənmişdir. Bu ölkələrlə biz əvvəllər enerji resurslarının nəqli və infrastrukturu üzrə mühüm layihələr icra etmişik”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib.

Dövlət başçısı bildirib ki, sonradan bu təşəbbüs yeni tərəfdaşlar – onlardan üçü Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya tərəfindən dəstəklənib. Sonra isə yeni və potensial tərəfdaşlar – anlaşma memorandumlarının imzalandığı ölkələr olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da bu təşəbbüsə qoşulub: “Həmçinin bu gün bu masada biz Macarıstan, Rumıniya, Serbiya və Türkmənistanın nümayəndələrini görürük və onların burada iştirakı bu layihəyə maraqlarının olduğunu nümayiş etdirir. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq.

Prezident İlham Əliyev fürsətdən istifadə edərək hər kəsi gələn ilin fevralında ölkəmizin qonağı olaraq Bakıya dəvət edib: “Hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada – Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date