Səfir: “Tehranda ABŞ və İsrail bayraqlarını tapdalamayan insanlara hörmətimizi ifadə edirik”

Səfir: “Tehranda ABŞ və İsrail bayraqlarını tapdalamayan insanlara hörmətimizi ifadə edirik”
  • Clock-gray 11:18
  • calendar-gray 24 Yanvar 2020

“İran on illərdir İsraili dünya xəritəsindən silməyə çalışır. İranda “İsrailə ölüm” çağırışları edilir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, İran regionda terrorçu qruplara yardım edir və onların vasitəsilə qeyri-sabitlik yaratmağa çalışır.

“Biz İran xalqına hörmət edirik, onların rejimə qarşı mübarizəsini dəstəkləyirik. İran rejimi Tehran küçələrində ABŞ və İsrail bayraqlarını tapdalanması üçün yerə həkk etmişdilər, lakin insanlar bunu etmədilər. Biz həmin insanlara hörmətimizi ifadə edirik. Əhalidən tutulan vergi hesabına məktəblər və xəstəxanalar inşa etmək əvəzinə, bu vəsait terrorçuluğa, Qasım Süleymaninin fəaliyyətinə sərf olunur. Bu, utandırıcı haldır”, - deyə səfir vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər