Türk PA-nın Baş Katibi Azərbaycan Prezidentini təbrik edib

Türk PA-nın Baş Katibi Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 16:45
  • calendar-gray 22 May 2020

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupov Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasında ilk respublika olan Azərbaycan Zati-alinizin rəhbərliyi ilə böyük uğurlar qazanaraq gündən-günə inkişaf edir. Əminəm ki, bu davamlı inkişaf yeni nailiyyətlərə yol açacaq.

Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində türkdilli ölkələr arasında əməkdaşlıq daha da dərinləşərək inkişaf etməkdədir. Bu əməkdaşlığa parlamentlərarası səviyyədə töhfəsini verən TÜRKPA Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə minnətdaram.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date