Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”

Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
  • Clock-gray 15:33
  • calendar-gray 11 İyul 2020

"Azərbaycan hesabatda daha çox Mərkəzi Şərqi Avropa ölkələri ilə müqayisə olunur və həmin ölkələrdəki davamlı inkişaf indeksinə uyğun olaraq artımlar müşahidə olunur".

Bunu APA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, BMT-nin davamlı inkişaf hesabatı dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir: "Bu hesabat hazırlanan zaman fərqli indeqatorlardan istifadə olunur. Həm iqtisadi, həm sosial, həm də bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və eləcə də sosial göstəricilərdə baş verən dəyişikliklər həmin hesabatda öz əksini tapır. Azərbaycan 2020-ci il hesabatında regionun lider ölkəsidir. Praktiki olaraq biz regionun aparıcı ölkələri hesab edilən Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda ölkəmizin balı region üzrə, o cümlədən Mərkəzi Şərqi Avropa və Orta Asiya regionu üzrə orta baldan daha yüksəkdir”.

V. Bayramov qeyd edib ki, davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır: "Həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişaf etdirilməsinə, dayanıqlılığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır, digər tərəfdən isə sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. 2019-cu ildə Prezident İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. Bu paketlər həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqı, həm də pensiyalarda təxminən 2 dəfəyə yaxın artımları nəzərdə tuturdu. Ümumilikdə 93%-ə yaxın artım qeydə alındı. Bu da təbii ki, xüsusən sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə qlobal bazarlarda, o cümlədən neft bazarındakı volatilliyin yüksək olmasına baxmayaraq, sosial proqramların icrası davam etdirilir. Eyni zamanda sosial istiqamətə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanda inkişafın davam etdirilməsi üçün zəmin yaradır. Bu yoxsulluq səviyyəsinin kəskin azalmasına, eyni zamanda vətəndaşlarımız üçün sosial təminat mexanizminin daha da gücləndirilməsinə gətirib çıxarır".

Firuzə Vahid

Digər xəbərlər