Yankauskas: "Aİ və Azərbaycan yeni saziş üzrə danışıqların yekun mərhələsindədir"

Yankauskas: "Aİ və Azərbaycan yeni saziş üzrə danışıqların yekun mərhələsindədir"
  • Clock-gray 10:56
  • calendar-gray 22 Yanvar 2020

"Azərbaycanın gələcəyi, Azərbaycan və Avropa İttifaqı əlaqələri baxımından "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin böyük əhəmiyyəti var". APA-nın məlumatına görə, bunu layihənin yekunlarına həsr olunmuş konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran ölkələrdir. Aİ həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir".

K. Yankauskas deyib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir: "Bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə çıxacaq".

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date