Baş katib: “Türk Şurası Trans-Xəzər fiber optik kabel layihəsini dəstəkləyir”

Baş katib: “Türk Şurası Trans-Xəzər fiber optik kabel layihəsini dəstəkləyir”
  • Clock-gray 17:04
  • calendar-gray 21 Noyabr 2019

“Trans-Xəzər fiber optik kabel layihəsi kimi regional təşəbbüs bölgədə sənayenin inkişafını, iqtisadiyyatın şaxələndirilməsini və Avrasiya ölkələrinin rəqabət qabiliyyətliliyinin artırılmasını təşviq edəcək”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev yazılı açıqlamasında əksini tapıb.

O bildirib ki, üzv ölkələrin davamlı inkişafına xidmət edəcək bu layihənin həyata keçirilməsini Türk Şurası dəstəkləyir.

“İnformasiya və kommunikasiya texnologiyaları (İKT) Türk Şurasının gündəmindəki önəmli məsələlərdən biridir. Ötən 2 il ərzində Türk Şurası Katibliyi üç dəfə İKT-yə məsul olan nazirlərin iclasını keçirib, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) də daxil olmaqla, yeni mexanizmlər, ortaq fəaliyyətlər və layihələrlə üzv ölkələr arasında İKT sektorundakı əməkdaşlığın çərçivəsini gücləndirmək və genişləndirmək üçün lazımi tədbirlər görülüb. Bu baxımdan, belə önəmli bir layihənin həyata keçirilməsindən dolayı təbriklərimi çatdırır və üzv ölkələrin davamlı inkişafına xidmət edən bütün təşəbbüsləri Türk Şurasının dəstəkləməyə davam edəcəyini bildirmək istəyirəm”, - deyə Bağdad Amreyev qeyd edib.

Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən Trans-Xəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date