Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri dəyişdiriləcək

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri dəyişdiriləcək
  • Clock-gray 15:27
  • calendar-gray 22 Noyabr 2019

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri dəyişdiriləcək.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib. Onun sözlərinə görə, dostluq qrupunun rəhbəri vəzifəsi parlament çoxluğunun kvotasındadır və qrupun hazırkı rəhbəri Zviad Dziqziquri parlament çoxluğundan imtina etdiyi üçün yaxın vaxtlarda yeni rəhbər müəyyənləşdiriləcək.

“Azərbaycanla münasibətlər Gürcüstan üçün böyük önəm daşıdığından parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi hər zaman yüksək vəzifəli deputatlara həvalə olunub. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi parlament çoxluğu olan “Gürcü Arzusu”nun kvotasıdır. Təəssüf ki, tanınmış siyasətçi Zviad Dziqziquri çoxluq partiyasından istefa verib. Ona görə də qrupun yeni rəhbəri müəyyənləşdirilməlidir. Partiyanın yaxın vaxtlarda keçirilən iclasında qrupun yeni rəhbəri müəyyənləşəcək”, - deyə M.Dərziyev bildirib.

Millət vəkili qeyd edib ki, yaxın vaxtlarda yeni rəhbərin kimliyi dəqiqləşdiriləcək.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentinin plenar iclasında sıfır baryerli propororsional qaydada seçki siteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsi səbəbi ilə 12 deputat parlament çoxluğu olan “Gürcü Arzusu” partiyasından ayrılıb. Onlar arasında Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, parlament spikerinin müavini  Zviad Dzidziquri  də olub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date