Əli Rəbii: “İran koronavirusla mübarizədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

Əli Rəbii: “İran koronavirusla mübarizədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”
  • Clock-gray 14:33
  • calendar-gray 07 İyul 2020

“Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşü pandemiya təhlükəsi azaldıqdan sonra Rusiyada keçiriləcək”.

Bunu APA-ya İran dövlətinin sözçüsü Əli Rəbii deyib. O bildirib ki, İran bu görüşdən müsbət nəticələr əldə edəcəyinə ümidvardır.

“Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidentinin Tehrana səfəri koronavirus epidemiyası səbəbindən təxirə salındı. Hazırda iki ölkənin prezidentləri arasında telefon danışıqları aparılır”, - deyə o əlavə edib.

Ə. Rəbii xatırladıb ki, Azərbaycan COVID-19-un yayıldığı ilk günlərdə İrana 5 milyon dollar yardım edib, tibbi avadanlıq göndərilib: “Səhiyyə nazirimizin bəyan etdiyi kimi, biz də koronavirusla mübarizə sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə, yardım etməyə hazırıq”.

 

 

Süleyman Fərzəliyev

Digər xəbərlər