Beynəlxalq Avtovağzaldan bir gündə 12 mindən çox sərnişin daşınıb

Bayramın ilk günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə olunub.
 
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, avqust ayının 13-dək ölkənin 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb. Son 5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub.
 
Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb. 

LENT

18 Avqust 2019
17 Avqust 2019

Digər xəbərlər >>>