Azərbaycanda bədbəxt hadisə: qapı körpənin üstünə aşdı

 
 
Balakəndə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Ağaşah Qurban oğlu Qoçiyev yaşadığı evin həyətində oynayarkən hasara söykənmiş dəmir qapı onun üstünə aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Qoçiyev xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

LENT

18 Avqust 2019
17 Avqust 2019

Digər xəbərlər >>>