Rostovdan Bakıya birbaşa təyyarə uçacaq

Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya və Tel-Əvivə, həmçinin Krasnodardan Münhenə birbaşa aviareyslər açmaq niyyətindədir.
 
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu ilin qış mövsümündə bütün lazımi razılıqları əldə etdikdən sonra aviaşirkət bir neçə reys açmağı planlaşdırır. Belə ki, Rostovdan Tel-Əviv və Bakıya, eyni zamanda Krasnodardan Münhenə birbaşa aviareyslərin açılışı gözlənilir.
 
Qeyd edək ki, “Azimut” aviaşirkəti Rostovun Platov və Krasnodarın Paşkovski hava limanlarından uçuşlar yerinə yetirir.

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>