Bu sahələrdə çalışanların maaşları artdı - CƏDVƏL

Bu gündən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

APA-nın xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarlarında etdiyi müvafiq dəyişiklik bu gündən qüvvəyə minib. 

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:

 

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

250

2

260

3

271

4

282

5

294

6

306

7

319

8

332

9

346

10

360

11

375

12

390

13

406

14

423

15

440

16

457

17

529

18

666

19

906

Qeyd edək ki, indiyə qədər dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə olub:

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

180

2

187

3

195

4

203

5

211

6

219

7

228

8

237

9

246

10

256

11

266

12

277

13

288

14

300

15

324

16

363

17

435

18

587

19

881

 

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>