“Berqa” müştərilərinə 6 Nissan Kicks qazandıracaq

Ölkəmizdə ən sevilən çay markalarından olan “Berqa” istehlakçılarına Nissan Kicks qazandıracaq.

““Berqa” çayı ilə xoşbəxt həyat sürün” adlı lotereya çərçivəsində hər ay 2 şanslı istehlakçı Nissan Kicks qazanacaq. 1 sentyabr – 30 noyabr ərzində keçiriləcək lotereya oyunu çərçivəsində avtomobillər qaliblərinə təqdim ediləcək. Lotereyada iştirak etmək isə çox asandır. Bunun üçün marketlərdən uduşlu “Berqa” çayı almaq, qutunun qapağının altındakı şifrəni ad, soyad və ünvanla birlikdə Azercell və Bakcell nömrələrindən 8825-ə göndərmək və qutunu saxlamaq lazımdır. Şifrəniz qalib gələrsə qutunu “Berqa” rəsmisinə təqdim edəcəksiniz.


Jurnalistlər və satış nümayəndələri üçün təşkil edilmiş tədbirdə çıxış edən “Berqa” çayının rəsmisi lotereyada 450 qramlıq Berga Ətirli və 450 qramlıq Berqa English Breakfast çaylarının iştirak edəcəyini qeyd etdi.

 

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>