DİQQƏT: Bakıda bu xidmətin göstərilməsində fasilələr yaranacaq

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində yenidənqurma və profilaktik tədbirlər həyata keçiriləcək.

"Baktelecom" Məhdud Məsuliyyətli Cəmiyyətdən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq  xidmətin göstərilməsində fasilələr qeydə alınacaq. 

Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>