Türkiyədə qətliam kimi qəza, 10 nəfər öldü - YENİLƏNİB

Türkiyənin Bitlis əyalətində baş verən qəza nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
 
APA-nın xəbərinə görə, Bitlis Valisi Oktay Çağatay mətbuata açıqlamasında hadisə zamanı 10 nəfərin öldüyünü, 7 nəfərin xəsarət aldığını bildirib.
 
***
 
12:11
 
Türkiyənin Bitlis vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Lent.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Bitlisin Hizan rayonunda mikroavtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
Hadisə yerinə çox sayda "təcili yardım" maşını və xilasedicilər cəlb edilib.

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>