"Sizi təmənnasız sevir" - Günay anasını təbrik etdi - FOTO

Müğənni Günay İbrahimli sosial şəbəkədə anası ilə şəklini paylaşıb.

Lent.az xəbər verir ki, ifaçı 50 yaşını qeyd edən anası İlhamə Hüseynovanı təbrik edib: “O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır. Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım”.

 

LENT

23 Sentyabr 2019

Digər xəbərlər >>>